Mixeil Saakaşvilinin tərəfdarları Kiyevdə məhkəmə binasına girməyə cəhd ediblər

15:45 - 11 Dekabr 2017 - DÜNYA

Ukrayna paytaxtı Kiyevdə Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları onun barəsində qətimkan tədbirinin seçilməsi üzrə məhkəmə iclasının keçirildiyi Peçersk Rayon Məhkəməsinin binasına girməyə cəhd ediblər.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, hadisə yerində partlayış səsi eşidilib və ətrafı tüstü bürüyüb.
Əlavə polis əməkdaşlarının gəlişindən sonra vəziyyət sabitləşib.

Qeyd edək ki, bu gün M.Saakaşvili barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə aparılıb. "Özümü həbs edilmiş kimi yox, hərbi əsirlikdəki kimi hiss edirəm", - M.Saakaşvili məhkəmə iclasında deyib.


Xəbər xətti