Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

15:44 - 11 Dekabr 2017 - İDMAN

Türkiyənin yeganə təmsilçisi olan "Beşiktaş" "Bavariya"ya rəqib olub

 Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb. Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyıb.
Turnirdə Türkiyənin yeganə təmsilçisi olan "Beşiktaş" "Bavariya"ya rəqib olub.
Püşkün digər nəticələri aşağıdakı kimidir:
 
 
“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)
“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)
“Real” (İspaniya) - PSJ (Fransa)
“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)
“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)
 
 
Əlavə edək ki, 1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də keçiriləcək.

Xəbər xətti