Rusiya prezidenti Vladimir Putin Suriyaya səfər edib.
“Report” TASS-a istinadən xəbər verir ki, o, Suriyanın Xmeymim bölgəsində yerləşən Rusiya hərbi bazasına baş çəkib.
Hərbi bazada V.Putini Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu, Moskvanın Suriyadakı hərbi komandanlığının rəisi general-polkovnik Sergey Surovikin, BMT-nin Suriyada tanıdığı hökumətin başçısı Bəşşar Əsəd qarşılayıb.
Qeyd edək ki, V.Putinin bu gün Suriyadan Türkiyəyə gələcəyi gözlənilir.