Argentina futbolunda növbəti qalmaqal baş verib.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən bildirir ki, ölkənin 5-ci liqasında keçirilən “Armostronq”la “Las Parexas” arasındakı matçda azarkeşlər meydana daxil olaraq qarşıdurma yaradıb.
Aranı sakitləşdirmək istəyən polis isə silahdan istifadə edib. Nəticədə bir neçə futbolçu da plastik güllə yarası alıb.