Berlində 2 mindən çox insan ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qərarına etiraz olaraq küçələrə çıxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçilər ABŞ səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsinə etiraz edərək İsrail bayraqlarını yandırıblar.
Aksiya zamanı 11 nəfər saxlanılıb.
Almaniya hökuməti nümayişçiləri qınayıb. “Biz yəhudilərin və İsrail hökumətinin belə biyabırçı şəkildə təhqir edilməsini qəbul etmirik” deyə Almaniya DİN başçısı bəyanat verib.