Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 16 komanda rəqibini İsveçrənin Nyon şəhərində tanıyacaq.
Reqlamentə əsasən, 1/8 finalda qrup qalibləri bu mərhələyə ikinci yerlə adlayan komandalara rəqib olacaqlar. Püşk zamanı eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.
Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Çempionlar Liqası
1/8 final
Qrup qalibləri: “Mançester Yunayted” (İngiltərə), PSJ (Fransa), “Barselona” (İspaniya), “Roma” (İtaliya), “Tottenhem” (İngiltərə), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə), “Beşiktaş” (Türkiyə)
Qrup ikinciləri: “Yuventus” (İtaliya), “Bazel” (İsveçrə), “Şaxtyor” (Ukrayna), “Bavariya” (Almaniya), “Çelsi” (İngiltərə), “Real” (İspaniya), “Porto” (Portuqaliya), “Sevilya” (İspaniya)
1/8 final mərhələsinin ilk görüşləri gələn il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.