Ukraynada Saakaşvilinin tərəfdaşları küçələrə axışdı - ETİRAZ AKSİYALARI

22:20 - 10 Dekabr 2017 - DÜNYA

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarları sabahdan başlayaraq bütün Ukraynada etiraz aksiyalarına başlayır.

 

Ucnoqta.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün Ukrayna prezidentinin impiçmenti barədə qanunun qəbulu tələbi ilə Kiyevdə keçirilən aksiyada çıxış edən Yeni Qüvvələr Hərəkatı Partiyasının təmsilçisi Olqa Qalabala bəyan edib.

 

M. Saakaşvilinin sədri olduğu partiyanın təmsilçisi bildirib ki, sabahdan Ukraynanın bütün şəhərlərində aksiyalara başlanacaq. Partiya üzvləri rayon və vilayət mərkəzlərində dinc aksiyalar keçirəcək. O. Qalabala növbəti bazar günü də Kiyevdə Saakaşvili tərəfdarlarının yürüşünün keçiriləcəyini bildirib.

Xəbər xətti