Abdullah Gül Trampı məsuliyyətsiz adlandırdı

17:30 - 10 Dekabr 2017 - DÜNYA

Türkiyənin keçmiş Prezidenti Abdullah Gül ABŞ Prezidenti Donald Trampın Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıma qərarını müzakirə edib.
 

Ucnoqta.az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Yazılanlara görə, A.Gül Trampın bu qərarını pisləyib.

 

“Donald Trampın bu qərarı məsuliyyətsizliyin işarəsidir. Bu təkcə fələstinlilərə, ərəblərə deyil, bütün dünya müsəlmanlarına qarşı təxribatdır. Bu il Fələstinin işğalından 50 il keçir. Artıq fələstinli qardaşlarımız yarım əsrdir əsarətdə yaşayırlar. Amerika rəhbərinin isə məsələyə belə münasibəti yolverilməz haldır. Biz bu əməli şiddətlə pisləyirik”, - deyə A.Gül bildirib.

 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Onun sözlərinə görə, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.

“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, deyə D.Tramp vurğulayıb.

 

Onun bu qərarını bir çox ölkələr hiddətlə qarşılayıblar. D.Trampın bu qərarından sonra həm Avropa ölkələrindən, həm Yaxın Şərq, həm də Ərəb dövlətlərindən ona etirazlar gəlib. İlk etiraz isə Fransa prezidentindən səsləndirilib. Daha sonra Türkiyə və İran Trampın bu qərarına pisləyib. İordaniya da ABŞ prezidenti Donald Trampı beynəlxalq qətnamələri pozmaqda günahlandırıb. Verilən açıqlamada bildirilib ki, Trampın bu qərarı siyasi səhvdir. Misir hökuməti də Trampınyeni bəyanatını xoş qarşılamayıb. Bildirilib ki, onun bu addımı həm Amerika, həm də region üçün yaxşı nəticələnməyəcək.

 

Xəbər xətti