İraq Baş naziri Heydər əl-Abadi İŞİD işğalı altındakı bütün torpaqların azad edildiyini açıqlayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir ölkənin hər yerinə İraq bayrağının asıldığını bildirib.
Məlumata görə, hazırda İŞİD-in vurduğu ziyanın aradan qaldırılması üçün yenidənqurma işləri aparılır.
Qeyd edək ki, İŞİD 2014-cü ildən etibarən İraqın bir çox şəhərini işğal etmişdi. Terror təşkilatına bu ilin ikinci yarısında ağır zərbələr vurularaq torpaqlar azad edilib.