İordan çayının qərb sahilində etirazlar davam edir: 1100 nəfər xəsarət alıb

16:35 - 9 Dekabr 2017 - DÜNYA

İordan çayının qərb sahilinin müxtəlif rayonlarında keçirilən etiraz aksiyaları zamanı 1100 nəfər xəsarət alıb.

 

Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Ötən gün fələtsinlilər ABŞ Prezidenti Donald Trampın Qüdsün israil paytaxtı kimin tanınması və ABŞ səfirliyinin bura köçülülməsi qərarı ilə əlaqədar olaraq "qəzəb günü" keçiriblər. Etirazlar İsrail polisi ilə toqquşmaya gətirib çıxarıb.

 

Bundan əvvəl Fələstinin Qızıl Ay Cəmiyyəti 767 nəfərin zərər çəkdiyini, o cümlədən təqribən 60 nəfərin güllə yarası aldığını bəyan edib.

 

İsraik hərbçilərinin sözlərinə görə, İordan çayının qərb sahilində, Qəzza sektoru ilə sərhəddə qeydə alınan iğtişaşlarda 7500 nəfər iştirak edib.

Xəbər xətti