Peru millisinin hücumçusu Paolo Gerreronun qanında qadağan edilmiş preparat tapıldığı üçün FİFA tərəfindən cəzalandırılıb.
Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, xəbər verir ki, 33 yaşlı futbolçu 1 il müddətinə futboldan uzaqlaşdırılıb. Peru milli komandasının bombardiri Rusiyada keçiriləcək dünya çempionatında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Gerrero “Bavariya”, “Hamburq”, “Korintians” və son olaraq “Flamenqo”da çıxış edib.