Tramp Rusiyaya qarşı yeni sanksiyaları təsdiqlədi

11:22 - 9 Dekabr 2017 - DÜNYA

ABŞ prezidenti Donald Tramp bu ölkəyə qarşı yeni sanksiyaları təsdiqləyib.

 

“Qafqazinfo” “RİA Novosti”yə istnadən xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

 

Məlumata əsasən, buna Rusiyanın orta və yaxın mənzilli raketlərin ləğv olunması barədə müqavilənin şərtlətinə əməl etməməsi səbəb olub.

 

Yeni sanksiyalar raket texnologiyalarının işlənib hazırlanması ilə məşğul olan Rusiya şirkətlərinə qarşı tətbiq olunacaq.

 

Dövlət Departamenti Rusiyanı şərtləti pozmaqda və müzakirələrdən imtina etməkdə ittiham edib.

 

Qeyd edək ki, orta  və yaxın məsafətli raketlərlə bağlı razılıq 1987-ci ilin dakabrın 8-də Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb.

Xəbər xətti