Meksikada "narkotika müharibələri"ndə 10 nəfər öldü

14:45 - 9 Dekabr 2017 - DÜNYA

Narkotik tədarükü uğrunda bir neçə qruplaşmanın mübarizə apardığı Meksikanın Velakruz ştatında narkokartellərin toqquşması nəticəsində bir sutka ərzində 10 nəfər ölüb.
 

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

Polisin məlumatına görə, quldurlar avtoyuma məntəqəsinə hücum edərək, orada olan insanlara atəş açıb. Hadisə yerində beş nəfər həlak olub, bir nəfər isə xəstəxanada ölüb.

Daha dörd nəfər müxtəlif şəraitdə Xalapa, Kordoba, Atoyak və Rio-Blanko şəhərlərində qətlə yetirilib.

Bundan əvvəl paytaxt Mexikoda daha yeddi nəfərin öldüyü barədə məlumat yayılıb.

Xəbər xətti