Türkmənistanda Kərim Durdımıradov sənaye naziri təyin edilib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkmənistan prezidenti müvafiq fərman verib.
Bunda əvvəl K.Durdımıradov “Türkmənstandart” Dövlət Xidmətinin rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, sabiq sənaye naziri Amanberdi Tuyliyev “vəzifə səlahiyyətlərinin icrasında ciddi çatışmazlıqlara görə” azad edilmişdi.