Sakit okeanda, Tonqa Krallığı sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanlar Samoa adasından 288 km cənub-qərbdə, 33 km dərinlikdə qeydə alınıb.
Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.