Kainatın ən qədim səma cismi tapıldı

16:26 - 8 Dekabr 2017 - DÜNYA

Beynəlxalq astronomlar qrupu "Nature" jurnalında yeni məqalə dərc edib.


Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, qrup Kaniatın ən qədim səma cismini kəşf edib. Bu, qırmızı rəngli kvazardır. Onun işığı Böyük Partlayışda 690 milyon il sonra şüalanmağa başlayıb. Böyük Partlayış isə 13.8 milyard il əvvəl baş verib.
 

Kvazarlar Kaniatın ən güclü şüalanma mənbəyidir. Yer teleskopları da bu cismin şüalanmasını müşahidə edə bilir.

Səma cismi "J342+0928" adlandırılıb və Çilidəki  "Magellan" teleskopu vasitəsilə kəşf edilib. Məqalənin müəllifi Robert Sİmko bildirir ki, Böyük Partlayışdan sonrakı dövrə aid şüalanan yeganə obyektdir.
 

Alimlər şüalanan qazın hərəkət tezliyini müəyyən edə biliblər. Bildirilir ki, kvazarın mərkəzindəki qara dəlik Günəşdən 800 milyon dəfə böyükdür! Bu rəqəm alimlərin beynində sual işarəsinə səbəb olub. Çünki belə ölçülü qara dəliyin yaranması üçün daha çox vaxt lazımdır.
 

Bu kəşf başqa bir aspektin də ortaya çıxmasına səbəb olub. Bu kvazar ilk ulduzların yaranma dövründə Kaniatı işıqlandırıb. Böyük Partlayışdan sonra Yer soyuyub, elektronlar və nüvələr atomda birləşib. Neytral qaz Kainatı doldurub. Bu atomların 90%-i hidrogen, 8%-i helium, 2%-i isə litium, beril və bordur. Digər kimyəvi elementlər o dövrdə olmayıb.
 

İlk ulduzlar işıldamağa başlayanda onların şüaları orbitlərdən elektronları qoparır və ulduzların ətrafındakı neytral qaz ionlaşır.

Alimlərin şüalanmanın spektrlərini tədqiq edərək öyrəniblər ki, o dövrdə Kainatda hidrogen 50% təşkil edib.

Xəbər xətti