ABŞ prezidentinin Qüds qərarından sonra İsrail hökuməti yeni plan hazırlayıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, plana əsasən, Qüdsdə 14 min yeni mənzil inşa ediləcək.
İsrailin quruculuq naziri Yoav Qalant deyib: "Trampın tarixi qərarına istinadən Qüdsdə yeni mənzillərin inşasına qərar verdim".
7 min mənzil Şərqi Qüdsdə inşa ediləcək. Digər 7 min mənzilin inşası isə ümumi şəhər ərazisinə planlaşdırılıb.