ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra Türkiyədə etirazlar davam edir. İstanbulda Şişli-Mecidiyeköy metro stansiyasının çıxışındakı "Tramp" sözü və "Donald Tramp" yeraltı piyada keçidinin adı ləğv edilib.
SalamNews-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Tramp piyada keçidi” yazısındakı "Tramp" sözü çıxarılıb.
Dəyişiklik dünən gecə saatlarında edilib.
Xatırladaq ki, dekabrın 6-da D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.