Şimali Koreya yaxın zamanlarda sualtı qayıqların ballistik raketinin sınaqlarını keçirə bilər.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, Cənubi Koreya kəşfiyyat qurumları Şimali Koreyada sınaq hazırlıqlarını müşahidə etdiklərini bildirib.
Qeyd olunur ki, “Pukkıkson-3” ballistik raketi proqramı üzrə işlər demək olar ki, hazırdır və Pxenyanın bu tipli 5 prototipi mövcuddur.
Sınaqların Milad bayramı müddətinə baş tutacağı istisna olunmur.