ABŞ Prezidenti Donald Tramp Fələstinin rəhbəri Mahmud Abbası Ağ Evə dəvət edib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, D.Tramp Fəsləstin rəhbərinə dəvətini telefon danışığı zamanı səsləndirib.
Hələlik görüşün baş tutub-tutmayacağı barədə məlumat verilməyib.
Eyni zamanda ABŞ-ın vitse-prezidenti Maykl Pensin Fələstinə səfəri baş tutmayıb. Fələstin rəhbərliyi M.Pensi qəbul etməkdən imtina edib.
Qeyd edək ki, yaxın günlərdə ABŞ vitse-prezidentinin İsrailə səfəri gözlənilir.