Fələstin ABŞ-ı məhkəməyə verir

13:01 - 8 Dekabr 2017 - DÜNYA

Fələstin Qüdsü İsrailin paytaxtı kimi tanıdığı üçün ABŞ-ı beynəlxalq məhkəməyə verir.

Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə məlumatı Fələstinin Rusiyadakı səfiri Hafiz Nofəl verib.
 

Səfirin sözlərinə görə, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımaq barədə qərarı ilə bağlı artıq Rusiya xarici işlər nazirliyi ilə görüşüb.

Məsələ ilə bağlı Rusiyanın mövqeyi belədir: "Şərqi Qüds İsrailin,  Qərbi Qüds isə Fələstinin paytaxtıdır.
 

Nofəl həm də qeyd edib ki, belə Fələstin ABŞ-ın bu hərəkətini Fələstin-İsrail probleminin sülh yolu ilə nizamlanmasına əngəl sayır.

Xəbər xətti