Hollandiya millisinin və Fransanın “Nitsa” klubunun futbolçusu Uesli Sneyder karyerasını ABŞ-da davam etdirəcək.
“Report” goal.com saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Los Anceles Qalaksi” ilə razılıq əldə edib. Transferin qış fasiləsində gerçəkləşəcəyi bildirilir.
Qeyd edək ki, Sneyder karyerası ərzində Hollandiyanın “Ayaks”, İspaniyanın “Real Madrid”, İtaliyanın “İnter” və Türkiyənin “Qalatasaray” komandalarının formasını geyinib. O, avqustda “Nitsa”ya keçib və klubun ən ödənişli futbolçularından biridir.