Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı alıb.
Ucnoqta.az SalamNews-a istinadən xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalının Twitter səhifəsində məlumat yerləşdirilib. 2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu iddia edib.
Kriştianu Ronaldu “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əvvəl isə FİFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi. İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argentinalı futbolçu Lionel Messi layiq görülmüşdü.