“Qüdsü İsrailin paytaxtı kimi tanıyıb, ABŞ səfirliyinin Tel Avivdən Yerusəlimə köçürülməsinə dair qərarımla öz vədimi yerinə yetirdim”.
Ucnoqta.az APA-ya istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp şəxsi “Twitter” səhifəsində yazıb. O, özünü ABŞ-ın sabiq dövlət başçıları ilə müqayisə edərək deyib ki, onlardan fərqli olaraq, ABŞ səfirliyinin Yerusəlimə köçürülməsinə dair vədini yerinə yetirib.
Tramp "tvit"inin altında ABŞ-ın sabiq prezidentləri Bill Klinton, Corc Buş və Barak Obamanın Yerusəlimə dair çıxışları olan video da yerləşdirib.