“ABŞ dövlət başçısı Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi regiondakı vəziyyəti daha da çətinləşdirib”.
Ucnoqta.az APA-ya istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Trampın qərarı Yaxın Şərqdə münaqişələrin həll prosesinə heç bir fayda verməyəcək, əksinə bölgədəki gərginliyi daha da artırıb.
Peskov bu axşam Putinin Ərdoğanla telefonla danışacağını deyib. O qeyd edib ki, tərəflər Trampın Qüdslə bağlı qərarı üzündən Yaxın Şərqdə yaranmış vəziyyəti müzakirə edəcəklər.