İsrail və Fələstin qüvvələri arasında toqquşma başlayıb

17:03 - 7 Dekabr 2017 - DÜNYA

İordaniya çayının qərb sahillərində Fələstin və İsrail qüvvələri arasında qarşıdurma başlayıb.
 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qarşıdurma ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra start götürüb. “Atışmalar gedir. Təfərrüatları aydınlaşdırırıq” deyə İsrail ordusunun nümayəndəsi bildirib. 
 

İsrail nəzarət-keçid məntəqələrində barrikadalar qurulub, insanlar təkərləri yandırırlar. 

Xəbər xətti