Londonun meri Trampa: Britaniyaya səfər etmə

14:47 - 7 Dekabr 2017 - DÜNYA

Londonun meri Sadiq Xan ABŞ prezidenti Donald Trampı Qüdslə bağlı qərarından sonra Böyük Britaniyaya səfər etməməyə çağırıb.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, S.Xan ABŞ prezidentinin bu qərarının narahatlıq doğurduğunu açıqlayıb.

Mer deyib: “O, bu qərarı ilə müsəlman dünyasına etdiyi təhqiri anlamır”.

Qeyd edək ki, S.Xan bir neçə gün əvvəl də D.Trampı Londonda görmək istəmədiyini bəyan etmişdi.

Xəbər xətti