Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə olundu

14:28 - 7 Dekabr 2017 - SİYASƏT

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dekabrın 7-də İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.

Ucnoqta.az Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"-a verilən məlumata istinadən bildirir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ölkələrimizin Silahlı Qüvvələri arasında və NATO proqramları çərçivəsində əlaqələrin inkişafı, eləcə də İtaliyanın silah və hərbi texnika istehsal edən müdafiə sənayesi  şirkətləri ilə əməkdaşlığın perspektivləri ətraflı müzakirə olunub.

Xəbər xətti