İtaliyanın paytaxtı Romada polis məntəqəsinin qarşısında partlayış törədilib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, partlayışın törətdiyi fəsadlar ciddi olmayıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.
İlkin versiya olaraq, partlayışın anarxistlər tərəfindən törədildiyi ehtimal olunur.