ABŞ səfirliyinin qarşısında etiraz aksiyası

14:00 - 7 Dekabr 2017 - DÜNYA

Ankarada ABŞ səfirliyinin qarşısında Qüdsün İsrailin paytaxtı kimi tanınması qərarına etiraz olaraq aksiya keçirilir.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, aksiyada 1500-dən çox adam iştirak edir.

Aksiya iştirakçıları etirazların bu həftə boyunca davam etdirəcəklərini bildiriblər.

Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrail paytaxtı kimi tanıdığını bəyan edib.

Xəbər xətti