Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının illik iclası başlayıb

13:08 - 7 Dekabr 2017 - DÜNYA

Avstriyanın paytaxtı Vyanada ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 24-cü illik iclası başlayıb.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da daxil olmaqla, 40-dan çox dövlətin XİN başçısı iştirak edir.
Tədbiri ATƏT-in fəaliyyətdə olan sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts açıb.

Görüş zamanı nazirlər ATƏT məkanında mövcud münaqişələrin həlli, ATƏT-in böhranları idarə etmək imkanlarının gücləndirilməsi, müasir çağırışlara cavab məsələlərini müzakirə edəcəklər.
Görüşdə həmçinin 2018-ci ildə ATƏT-in sədri olacaq İtaliyanın prioritetləri səsləndiriləcək.

Xəbər xətti