62 yaşlı “Əməkdar müəllim” həbs edilib

21:05 - 7 Dekabr 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 62 yaşlı Əməkdar müəllim Nuriyyə Ağayevanın məhkəməsi başlayıb. 
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən bildirir ki, hakim Faiq Qəniyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses dekabrın 14-də davam etdiriləcək.

İttihama görə, N.Ağayeva 5 nəfərdən pul alaraq övladlarını ali məktəbə qəbul etdirəcəyini deyib. Lakin vədinə əməl edə bilmədib və pulu da geri qaytarmayıb.

Filologiya elmləri namizədi olan N.Ağayeva 2000-ci il martın 18-də  "Əməkdar müəllim" adına layiq görülüb. İşdən çıxdıqdan bir müddət sonra  həbs edilib.

Xəbər xətti