İranın Kibertəhlükəsizlik Təşkilatı bütün yüksək rütbəli məmurlara və təhlükəsizlik xidmətlərinə ictimai şəbəkələrə qoşulmuş rabitə cihazlarından istifadə etməyi qadağan edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.
İyunun 13-də İsrailin endirdiyi zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) Aerokosmik Qüvvələrinin 10-a yaxın yüksək rütbəli zabiti həlak olub.