Lerikdə qarın hündürlüyü 35 santimetrə çatdı - FOTO

11:56 - 7 Dekabr 2017 - Xəbər

Lerik rayonuna güclü qar yağıb.

Bu barədə Trend-ə rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilir ki, dekabrın 6-sı axşam saatlarından başlayan qar hələ də yağmaqda davam edir. Rayonun mərkəzində qar örtüyünün qalınlığı 15-20, ucqar kəndlərdə isə 35 santimetrə çatıb.

Qeyd olunub ki, qarın yağmasına baxmayaraq, kəndlərdə və rayon ərazisində çətinlik yaranmayıb: "Küləksiz və şaxtasız qar yağdığından yollarda problem yoxdur. Rayon ərazisində və kəndlərdə vəziyyət normaldır, işıq, qaz və su problemi yoxdur".


Xəbər xətti