Trampın etirafından sonra BMT TŞ təcili toplanır

10:47 - 7 Dekabr 2017 - DÜNYA

BMT Təhlükəsizlik Şurasındakı səkkiz ölkə ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra təcili toplantı keçirilməsini istəyib. 
 

Ucnoqta.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Boliviya, Misir, Fransa, İtaliya, Seneqal, İsveç, Böyük Britaniya və Uruqvayın birgə bəyanatında bildirilir ki, təcili toplantı bu həftənin sonuna kimi çağırılsın. 

TŞ üzvləri sabah toplanacaqlar. 

Qeyd edək ki, daha əvvəl BMT-nin baş katibi Antonio Guterreş əminliklə bildirmişdi ki, Qüdsün statusu ilə bağlı məsələni ancaq İsrail və Fələstin birbaşa danışıqlar yolu ilə həll edə bilərlər. 

Öz növbəsində ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Nikki Xeyli hesab edir ki, bu addımı ilə ABŞ prezidenti artıq çoxdan hər kəsə məlum olanı təsdiqləmiş olub. 

Xəbər xətti