Çexiyanın prezidenti Miloş Zeman "Narazı Vətəndaşlar Aksiyası" siyasi sentrik hərəkat lideri Andrey Babişi baş nazir təyin edib.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, o, ölkədə milyarder hesab olunur.
Məlumata görə, A.Babişin vəzifəyə təyin olması münasibətilə təntənəli mərasim Praqda baş tutub.
Qeyd edək ki, o, daha öncə ölkədə maliyyə naziri postunu tutub. Prezident M.Zeman onu uğurlu sahibkar adlandırıb.