Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili axtarışa verildiyi Ukraynada tərəfdarları ilə “Kiyev” mehmanxanasında Ali Radanın daimi komitəsinin ərazisini zəbt edib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, faktla bağlı cinayət işi açılıb.
“Saakaşvili bir qrup döyüşçüsü ilə birlikdə Ali Radanın qapılarını dağıdaraq otağa daxil olub. Bu hadisə cinayətdir və ona hüquqi qiymət verilməlidir”-deyə Baş prokuror Lutsenko açıqlamasında deyib.