ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınlarını söndürmək mümkün olmayıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, yanğın nəticəsində bir xəstəxana yanıb. On minlərlə sakin təxliyə edilib.
Qubernator Cerri Braun ştatın şimalında baş verən yanğınlar səbəbindən fövqəladə vəziyyət elan edildiyini bildirib.
Rəsmilər bildirir ki, yanğın "Vista del Mar" xəstəxanasına sıçrayıb. Bu səbəbdən xəstələr digər xəstəxanalara köçürülüb.
Ən azı 180 ev və iş yeri ziyan çəkib. Çox sayda iribuynuzlu və kiçikbuynuzlu mal-qara tələf olub. Bütün məktəblər bağlanıb.