Tərkibində GMO elementləri olan külli miqdarda qida əlavəsi yükü saxlanılıb- FOTOLAR

15:47 - 6 Dekabr 2017 - Xəbər

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) aşkar edildiyi külli miqdarda qida əlavəsinin dövriyyəyə buraxılmasının qarşısını alıblar.

DGK-nin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, bu fakt idarə əməkdaşlarının “Lesitin Soyevıy” adlı qida əlavəsi yükünə gömrük nəzarəti zamanı qeydə alınıb. Həmin yük Rusiya Federasiyasından 90 RO 897/10 ZE 332 nömrə nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Rusarom” MMC-nin ünvanına daxil olub.
 Mərkəzi Gömrük Ekspertizası İdarəsinin arayışına əsasən, cəmi 5425 kq olan Braziliya mənşəli qida əlavəsinin tərkibində GMO elementləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti