Roma Papası I Fransisk ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından narahatlığını bildirib.
Ucnoqta.az Trend-in məlumatına istinadən bildirir ki, Vatikanda ümumi qəbul zamanı Roma Papası bölgədə status-kvonu pozmamağa çağırıb.
I Fransisk qeyd edib ki, Qüdsün paytaxt kimi tanınması və ABŞ səfirliyinin oraya köçürülməsi bölgədə yeni gərginliyə səbəb ola bilər.
Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.