İranlı diplomatlar müvəqqəti olaraq Yəməndəki səfirlikdən evakuasiya olunublar.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran XİN-dəki mənbə məlumat verib. Evakuasiyaya səbəb paytaxt Sənada üsyançılarla hökumət qoşunları arasında qarşıdurmanın davam etməsidir.
İran diplomatik nümayəndəliyinin Səna şəhərindəki fəaliyyəti ölkədə təhlükəsizliklə bağlı yaranmış problemə görə müvəqqəti olaraq dayandırılıb, diplomatlar isə Omanın paytaxtına köçürülüblər.
Qeyd edək ki, dekabrın 3-də İranın Sənadakı diplomatik missiyasının binasının raket atəşinə tutulması ilə bağlı xəbər yayılsa da, İran XİN-i bunu təkzib etmişdi.
Üsyançı husilər isə ayın 4-ü Yəmənin eks-prezidentinin öldürüldüyünü elan etmişdi.