Xamenei ABŞ-ı ittiham etdi: Müharibə istəyirlər

14:15 - 6 Dekabr 2017 - DÜNYA

ABŞ Yaxın Şərqdə müharibəyə başlamaq istəyir, "düşmənlərin" Qüdsü İsrailin paytaxtı elan etmək istəyi onların acızliyindən xəbər verir.
 

Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə İranın Ali Lideri Ayətullah Əli Xamenei deyib.

Qeyd edək ki, daha öncə Ağ Evin nümayəndəsi bildimişdi ki, prezident Donald Tramp dekabrın 6-da ABŞ-ın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsi barədə qərar verəcək.

İranın Ali Lideri Ayətullah Əli Xamenei deyib: "Onların əli "Fələstin məsələsində" bağlıdır və məqsədlərinə nail ola bilmirlər".

Xəbər xətti