Azərbaycanda yeni medal təsis olunur

13:41 - 6 Dekabr 2017 - Xəbər

"Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik təklif edilir.


Ucnoqta.az Modern.az-a istinadən bildirir ki, "Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993 - 2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək  Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində həqiqi hərbi xidmət keçən  və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xədmət hərbi qulluqçuları, xidmətdə səmərəli fəaliyyət göstərən  mülki işçilər, xidmətdən ehtiyata, yaxud istefaya  buraxılmış  şəxslər, habelə  onun fəaliyyəti  ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin  digər silahlı birləşmələrin  hərbi qulluqçuuları və başqa şəxslər təltif edilirlər.

Medal bürüncdən tökülüb və qızıl suyuna çəkilib, diametri 35 mm  olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.
Qanun layihəsinə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin  dekabrın 7-də keçiriləcək iclasında müzakirə ediləcək.

Xəbər xətti