Ermənistan ordusu Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.
Ucnoqta.az APA-ya istinadən xəbərinə görə, təlimlər ermənilərin nəzarət etdikləri Kəngərli kəndində və Uzun dərə adlanan ərazidə keçir.
Təlimdə zirehli texnika və artilleriya qurğularından istifadə edilir. Hazırda cəbhəyanı ərazilərdə atış səsləri eşidilir.