“Nardaran işi” ilə bağlı hökm verildi

13:03 - 6 Dekabr 2017 - Xəbər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı saxlanılan “Müsəlman Birliyi Hərəkatı” təşkilatının üzvü Zülfüqar Mikayılov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb
 

Ucnoqta.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov, Elman Ağayev, Mehman Quliyev, Ramil Seyfullayev və Faiq Allahverdiyevin hər biri 13 il, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov və Əli Hüseynovun hər biri 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Xəbər xətti