Moskvada Yeni il bayramı günlərində insanların kütləvi toplaşdığı yerlərdə spirtli içkilərin satışı məhdudlaşdırılacaq.
Ucnoqta.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvanın Regional Təhlükəsizlik Departamenti məlumat verib.
Məlumatda qeyd olunur ki, məhdudiyyət mərkəzi küçə və meydanlara şamil olunacaq.
Qeyd edək ki, ötən il də Moskvada Yeni il və Milad bayramı günlərində spirtli içkilərin satışı məhdudlaşdırılmışdı.