Saakaşvili axtarışa verildi

11:07 - 6 Dekabr 2017 - DÜNYA

Odessanın eks-qubernatoru Mixail Saakaşvili axtarışa verilib.

Ucnoqta.az “Qafqazinfo”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. 

Siyasətçinin axtarışı Milli polis operativ bölmələrinə və Ukrayna Təhlükəsizlik Xidmətinə həvalə edilib. 

Qeyd edək ki, Saakaşvili ötən gün cinayətkar dəstə üzvlərinə yardım və onların cinayətkar fəaliyyətlərini gizlətmək maddələri ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılmışdı. Lakin siyasətçinin tərəfdarları onu hüquq-mühafizə orqanlarının əlindən ala bilmişdilər. 

Ukrayna baş prokuroru Yuri Luçenko bəyan edib ki, Saakaşvilinin Kiyevdə təşkil etdiyi aksiyaları eks-prezident Viktor Yanukoviçin ətrafı, xüsusən biznesmen Sergey Kurçenko maliyyələşdirir. 

Xəbər xətti