Sabah Vəkillər Kollegiyasına yeni sədr seçiləcək

10:58 - 6 Dekabr 2017 - Xəbər

 Sabah, dekabrın 7-də Azərbaycan Vəkillər Kollegiyasının (VK) növbəti konfransı keçiriləcək.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, “Bulvar Otel”də keçiriləcək konfransda iştirak edəcək 116 nümayəndə seçilib.
Konfransda bir sıra məsələlər müzakirə olunacaq, habelə VK Rəyasət Heyətinə yeni üzvlər və sədr seçiləcək. Rəyasət heyətinin üzvlüyünə və sədrliyinə namizədlər konfrans zamanı irəli sürüləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Azər Tağıyev bu ilin sentyabr ayında öz istəyi ilə vəzifəsindən azad olunub. Yeni sədr seçilənə qədər sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edir.

Xəbər xətti