Fransız musiqiçisi Conni Hollidey vəfat edib.
Ucnoqta.az "Report"a istinadən bildirir ki, bu barədə "AFP" onun həyat yoldaşı, artist Letiçiyuya istinadən xəbər verib.
Xəbərdə qeyd edilir ki, o, 74 yaşında xərçəngdən dünyasını dəyişib.
"Conni Holidey öldü. Mən bu sözləri yazıram, lakin inanmıram. Amma bu, həqiqətdir. Ərim daha bizimlə deyil", - deyə qadın bildirib.