Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Ukrayna hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.
Ucnoqta.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Ukraynanın baş prokuroru Yuriy Lutsenko bəyanatına əsasən, "Yeni güc hərəkatı" partiyasının lideri Mixeil Saakaşvili Ukraynada hakimiyyəti zəbt etmək məqsədi ilə etiraz nümayişləri keçirib, Viktor Yanukoviç və Sergey Kurçenkonun cinayət qruplaşmasının üzvlərinə cinayət təqibindən qurtulmaq üçün yardım edib.
Saakaşvilini aparan avtobusun yanında izdiham toplaşıb. Xəsarət alanlar var. Hadisə yerində həkimlər var. Hüquq mühafizə orqanları kütləni yarmağa cəhd ediblər. Aktivistlər mikroavtobusun qapısını qıraraq Saakaşvilini azad ediblər.
Etirazçılar avtobusun üstünə çıxaraq Ukrayna bayrağı yelləyiblər.
Saakaşvili səsgücləndirici iləxalqı Maydana, dinc aksiyalara səsləyib.
Saakaşvili və tərəfdarları Rada (parlament) binasına doğru hərəkət edirlər. Eks qubernator bəyan edib ki, parlamentdən Poroşenkonun impiçmentini tələb edəcək. Saakaşvili ona qarşı irəli sürülən ittihamı həyasız yalan adlandırıb.